"Qarabağ" komandası "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanıb.
Senzor.az bildirir ki, bu barədə Klubun mətbuat xidməti məlumat yayıb.
Komandanı aparan təyyarə saat 11:00-da yola düşüb. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.