AZ

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinin ilk oyunu üçünMACARISTANA YOLLANDI

"Qarabağ" komandası "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanıb.

 

Senzor.az bildirir ki, bu barədə Klubun mətbuat xidməti məlumat yayıb.

 

Komandanı aparan təyyarə saat 11:00-da yola düşüb. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.

 

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

 

Seçilən
34
50
senzor.az

10Mənbələr