EN

Zəngəzura mane olmaq üçün son cəhd:PEZEŞKİAN İRƏVANA BU PLANLA GEDİR

“İran Prezidenti Məsud Pezeşkianın Ermənistan səfərində ciddi şəkildə araşdırılacaq məsələ Şimal-Cənub dəhlizinin yaradılması olacaq”.

 

Teleqraf xəbər verir ki, bunu iranlı politoloq Ehsan Movahedian deyib.

 

Söhbət Qara dəniz-Gürcüstan-Ermənistan-İran-Hindistan dəhlizindən gedir. İran bu yolla Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir.

 

Ekspert bildirib ki, İran Ermənistanı da cəlb etməklə Şimal-Cənub dəhlizinin yaradılmasını davam etdirmək niyyətindədir.

 

Movahedian ABŞ-ın Zəngəzur dəhlizi və ya “Tramp yolu”na nəzarəti məsələsinə də diqqət çəkib: “Ermənistan ABŞ-ın  addımlarının qarşısını almaq imkanlarına malik deyil. Əgər onlar bizim milli maraqlarımıza zidd sərt addımlar atmaq istəsələr, Ermənistan müqavimət göstərə bilməyəcək. Ona görə də Şimal-Cənub dəhlizinin yaradılması və başa çatdırılması məsələsi bu səfər zamanı gündəmdə olacaq”.

 

İranlı ekspert əlavə edib ki, əgər Tehran və Ermənistan arasında planlar həyata keçirilsəydi, ABŞ-ın regionda iştirakı imkanları daha az olardı.

 

Movahedian İranın Cənubi Qafqazdakı imkanlarını tamamilə itirmək üzrə olduğunu qeyd edib: “Belə bir şəraitdə biz Qafqaz regionundan uzaqlaşdırılacağıq və bunu gizlətmək olmaz”.

 

Qeyd edək ki, Məsud Pezeşkian bu gün Ermənistana səfər edəcək.

 

Chosen
43
50
senzor.az

10Sources