EN

Dünyanın bu il ən çox səyahət edilən şəhərləri SİYAHI

ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.

“Euromonitor” 2025-ci ildə dünyanın ən çox səyahət edilən şəhərlərinin siyahısını açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda Asiya şəhərləri üstünlük təşkil edib. 

Bangkok 32,4 milyon turist sayı ilə birinci sıradadır.

23 milyon qonağa qucaq açan İstanbul ikincidir. Böyük türk şəhəri tarixi-mədəni zənginliyi ilə London və Parisi üstələyir.

Türkiyənin siyahıda daha bir şəhəri də var. Antalya 19,3 milyon ziyarətçi ilə altıncı sırada yer alıb. Kurort şəhəri həm dəniz, həm də tarixi turizmlə diqqət çəkir.

İlk onluq belədir:

1. Banqkonq – 32,4 milyon

2. İstanbul – 23 milyon

3. London – 21,7 milyon

4. Hon-Konq – 20,5 milyon

5. Məkkə – 19,3 milyon

6. Antalya – 19,3 milyon

7. Dubay – 18,2 milyon

8. Makao – 18 milyon

9. Paris – 17,4 milyon

10. Kuala Lumpur – 16,5 milyon

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
12
news24.az

10Sources