EN

Kuleba: Trampa Ukraynada ədalətli sülhün əldə edilməsi istiqamətində apardığı siyasətə görə minnətdarıq

ABŞ-yə, Prezident Donald Trampa Ukraynadakı müharibənin həlli və ədalətli sülhün əldə edilməsi istiqamətində apardıqları məqsədyönlü siyasətə görə minnətdarıq.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna baş nazirinin müavini Oleksiy Kuleba bildirib.

"Şübhəsiz ki, bu dəhşətli müharibənin davam etdirilməməsi üçün ABŞ tərəfinin həyata keçirdiyi bütün təşəbbüsləri yüksək qiymətləndiririk. Və təbii ki, biz növbəti həftələrdə qəbul ediləcək güclü qərarlar gözləyirik. Biz başqa istiqamətə yönlənə bilmərik. Çünki Ukrayna üçün ədalətli sülh, ilk növbədə, sivil dünyanın qələbəsidir. Bu, Rusiyanın səbəbsiz və tamamilə əhəmiyyətsiz başladığı təcavüzün dayandırılmasıdır", - baş nazirin müavini əlavə edib.

Chosen
20
47
report.az

10Sources