EN

Məhkəmə Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilər barədə qərar verdi

BAKI, 18 avqust. TELEQRAF

Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilər barədə həbs qət-imkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onların hər biri barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Chosen
1
50
teleqraf.com

10Sources