Xəbər verildiyi kimi, 3 nəfər əcnəbinin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onlar polis əməkdaşları tərəfindən saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Səbail Rayon Məhkəməsinin müvafiq qərarı ilə saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.