EN

SON DƏQİQƏ! Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO


Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.

Qeyd edək ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Bizim.Media

Chosen
11
50
bizim.media

10Sources