EN

İki futbolçu zorlama ittihamı ilə həbs edilib

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Tatarıstanın Kazan şəhərinin Sovetski Rayon Məhkəməsi zorlamada şübhəli bilinən "Rubin" gənclər komandasının iki futbolçusu - Dmitri Proxorov və Fedor Zolotarevi həbs edib. Reyting.az xəbər verir ki, bu barədə “Sport Baza” məlumat yayıb.Zərərçəkənin sözlərinə görə, o, rəfiqəsi ilə futbolçularla görüşüb və onların evinə gedib. Daha sonra qızlardan biri özünü pis hiss edib, o, taksi ilə geri dönüb, ikincisi isə mənzildə qalıb. Səhər futbolçular onu evə aparıblar, bundan sonra qız zorlama ilə bağlı polisə ərizə yazıb.Faktla bağlı cinayət işi açılıb. 18 yaşlı Zolotarev və 19 yaşlı Proxorov ittihamı qəbul etmirlər.V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
50
reyting.az

10Sources