EN

"Universitet özü-özünü maliyyələşdirməli, gəlir və xərclərini bilməlidir" - Professor

"Dünyanın bütün ölkələrində universitetlər özəldir. Bu gün İngiltərədə heç kəsin vəzifəsindən asılı olmayaraq, universitetin işinə qarşımağa ixtiyarı yoxdur. Orada bütün qərarları müəllimlər verir. Hətta rektor özü bu qərara təsir edə bilmir. Universitet bu şəkildə qurulmalıdır ki, təhsil sərbəst olsun".

Hurriyyet.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor bildirib ki, dövlətin müəyyən dotasiyaları olmalıdır:

"Xüsusi kredit fondları olmalıdır ki, tələbələr bundan uğurla istifadə etsinlər, yük ailənin üzərinə düşməsin. Bunun da yolları düşünülməlidir. Nəzərə almaq lazımdır ki, Tibb Universiteti publik-hüquqi şəxsdir. Onun iki klinikası universitetin dotasiyası ilə işləyir. Yəni, onun maliyyələşməsi universitet tərəfindən həyata keçirilir. Universitetdə 2 mindən çox professor-müəllim heyəti və eyni zamanda texniki işçilər var. Sonra kommunal xərcləri də var. Universitet özü-özünü maliyyələşdirirsə, təhsil ocağı öz gəlir və xərclərini bilməlidir".

Adil Qeybulla sosial şəbəkələrdə Azərbaycan Dövlət Tibb Universitetinin haqqında səslənən fikirlərə də aydınlıq gətirib:

"Bu mənfi fikirlər tam yanlışdır. Bu gün Almaniyada kifayət qədər azərbaycanlı həkimər işləyir. Bunlar baza tibb təhsilini Azərbaycan Tibb Universitetində alıb. Sonra Almaniyaya gedib, oranın yaxşı xəstəxanalarında kifayət qədər mövqe tuturlar, hörmət sahibidirlər".

Professor cəmiyyətdə Tibb Universitetinə qarşı münasibətin düzgün olmadığını vurğulayıb:

"Universitet özü-özünü maliyyələşdirən bir qurumdursa, öz gəlir və çıxarlarını bilməlidir. Bu təhsil ocağının gəlirləri ancaq təhsildən ibarətdir. Müəllimlər orada dərs deyir, onlar adekvat maaş almalıdırlar. Buna görə özü-özünü saxlamalıdır. O ki qaldı tələbələrin bu xərcləri qarşılamaq imkanlarına, bunun üçün bütün dünyada qəbul edilən yollar var. Tələbələrin bu yükdən azad edilməsinin yolları bizdə də tətbiq edilməlidir".

Chosen
34
2
hurriyyet.az

10Sources