Bunu politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bu tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib:
“Həmçinin həmin səfər zamanı mədəni tədbir konsert də təşkil olunub. Pakistanın bu səviyyədə fəallığı yalnız diplomatik jest deyil, həm də regional güc balansında əhəmiyyətli faktor rolunu oynayır. Pakistan nüvə silahına malik dövlətdir və güclü ordusu ilə tanınır. Onun Azərbaycanla hərbi əməkdaşlığı, xüsusilə də son dövrlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Pakistandan müasir qırıcı təyyarələr alması bu əməkdaşlığın dərinliyini göstərir. Bu addım Azərbaycanın hava məkanının təhlükəsizliyini təmin etmək baxımından da strateji əhəmiyyət daşıyır. Yüksək rütbəli Pakistan hərbiçilərinin vaxtaşırı Azərbaycana səfərləri və Azərbaycan hərbçilərinin Pakistanda keçdiyi təlimlər bu əməkdaşlığın sistemli və dayanıqlı olduğunu sübut edir. Bu cür əlaqələr təkcə hərbi sahədə deyil, xalqlar arasında yaxınlaşmanı da sürətləndirir. Azərbaycan–Pakistan münasibətləri regionda sabitliyin, güvənin və qarşılıqlı hörmətin mühüm nümunəsi kimi çıxış edir. Bu dostluq digər ölkələr üçün də nümunəvi model təşkil edir”.
Leyla Turan
Demokrat.az
10Sources
-
news24.azAğ Evdə Tramp və Zelenski arasında görüş başa çatdı - YENİLƏNİB ( 20464572)
-
referans.azABŞ nümayəndə heyətinin tərkibində bu şəxslər olacaq ( 20466222)
-
azpolitika.infoZelenski Ukraynada seçkilərin keçirilməsi üçün şərtləri açıqlayıb ( 20465886)
-
icma.azBMT baş katibi Trampın Zelenski və Avropa liderləri ilə görüşünü izləyir ( 20465661)
-
icma.azTramp Ağ Evdə Zelenski ilə görüşüb – YENİLƏNİB + CANLI YAYIM ( 20465487)
-
referans.azTrampla Zelenskinin Ağ Evdə görüşü başladı – VİDEO ( 20465337)
-
moderator.azTramp Ağ Evdə Zelenski ilə görüşüb - FOTO-CANLI- YENİLƏNİB ( 20465328)
-
oxu.azDeputat: Alyaska görüşü Rusiyanın strateji planını alt üst etdi ( 20465301)
-
yeniazerbaycan.comAvropa liderləri Tramp-Zelenski görüşündə iştirak etmək üçün Ağ Evə gəliblər ( 20465220)
-
yeniazerbaycan.comAğ Evdə Trampla Zelenski arasında görüş keçirilir ( 20465124)