EN

Məhkəmə Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbiləri üç ay müddətinə həbs edib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onların hər biri barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Chosen
65
50
tribunainfo.az

10Sources