EN

Yeri maqnit qasırğası vuracaq TARİX

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avqustun 19-da Yer kürəsini bu ayda ikinci maqnit qasırğası vuracaq. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının saytında məlumat verilib. Qasırğa bir və ya iki gün davam edəcək və orta gücdə olacaq. Səbəb Günəşdə nəhəng tac dəliyi - təxminən yarım milyon kilometr ölçüsündə qaranlıq bir sahənin əmələ gəlməsidir. Günəş küləyinin sürəti bu gün artmağa başlayacaq və sabaha qədər, demək olar ki, üç dəfə - saniyədə 300-dən 800-900 kilometrə qədər arta bilər. Yerin maqnit sahəsinə ən güclü zərbə çərşənbə axşamı gözlənilir və nəticələri çərşənbə günü hiss oluna bilər. Analoji qasırğa artıq ayın əvvəlində - avqustun 8-9-da baş verib. Alimlər vəziyyəti izləməyə davam edirlər və yeni məlumatlar daxil olduqca proqnozu yeniləyəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
50
avtosfer.az

10Sources