EN

Şəhidlər xiyabanında nalayiq hərəkət edən əcnəbilər həbs edildi

Şəhidlər xiyabanında nalayiq hərəkət edən əcnəbilər həbs edildi

Xəbər verildiyi kimi, 3 nəfər əcnəbinin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi (qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanılıb.

Onlar polis əməkdaşları tərəfindən saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Səbail Rayon Məhkəməsinin müvafiq qərarı ilə saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Chosen
54
50
afn.az

10Sources