EN

Paşinyan: Bəzi regional tərəfdaşlarımızın bu layihə ilə bağlı narahatlıqları artıq aradan qaldırılıb

“Sülh Dönüş Nöqtəsi” layihəsi və bu memorandum Donald Trampın “Beynəlxalq Sülh və Rifah üzrə Yol Xəritəsi” layihəsinə aparır.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Pasinyan xalqa müraciətində deyib.

O, Ermənistan üçün bu layihənin perspektivlərini qeyd edib:

"Bu layihə Ermənistana böyük investisiyalar, maliyyə gəlirləri, iqtisadi inkişaf və ölkənin rolunun artırılmasını vəd edir. Layihənin həyata keçirilməsi nəticəsində beynəlxalq dəmir yolları, avtomobil magistralları, boru kəmərləri və elektrik xətləri ölkəmizdən keçəcək. Bu layihə “Sülh Dönüş Nöqtəsi” layihəsinin vacib hissələrindən birinə çevrilir. Bütün bunlar sayəsində Ermənistan sülhün qovşağına çevrilir. Mən sevinirəm ki, bəzi regional tərəfdaşlarımızın bu layihə ilə bağlı narahatlıqları artıq aradan qaldırılıb, baxmayaraq ki, biz onlarla əməkdaşlıq və şəffaflıq mühitində işimizi davam etdirəcəyik", - deyə Paşinyan qeyd edib.

Chosen
25
50
operativmedia.az

10Sources