EN

Elçin Məsiyev də pley-off oyununa təyinat aldı

style='margin-bottom:10px;'>

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinə təyinat alıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, Sloveniya təmsilçisi “Çelye” ilə Çexiyanın “Banik” klubu arasında keçiriləcək ilk oyunu idarə edəcək.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 21-də Sloveniyada keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycanın başqa bir FİFA referisi Əliyar Ağayev isə UEFA Konfrans Liqasının pley-off mərhələsinin  "Polissya" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçını idarə edəcək.

Chosen
5
40
teleqraf.com

10Sources