AZ

Elçin Məsiyev “Çelye” - “Banik” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə növbəti oyuna təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bel ki, Elçin Məsiyev Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Çelye” (Sloveniya) – “Banik” (Çexiya) qarşılaşmasının baş hakimi olacaq. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Luka Payretto VAR, digər referimiz Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, sözügedən görüş avqustun 21-də Çelye şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Seçilən
5
33
arena.az

10Mənbələr