EN

Zelenski Vaşinqtonda Trampla görüşdən əvvəl Qərb liderləri ilə danışır

Ukrayna lideri Volodimir Zelenski amerikalı prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə getməzdən əvvəl Vaşinqtonda Avropa liderləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

Məlumata görə, görüşlər Ukrayna səfirliyinin binasında keçirilir. Liderlərlə danışıqların müxtəlif vaxtlarda baş tutacağı gözlənilir. Agentliyin məlumatına görə, Zelenskinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya və İtaliyanın baş nazirləri Kir Starmer və Corcia Meloni, həmçinin Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşləri nəzərdə tutulub.

Bundan əvvəl Zelenski ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.

Ağ Evin məlumatına görə, Trampın əvvəlcə Zelenski ilə bir saat danışması, sonra isə Avropa liderlərini qəbul etməsi planlaşdırılır.

Chosen
31
20
report.az

10Sources