Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Əsas məqsədimiz Ukrayna və bütün Avropa üçün etibarlı və davamlı sülhdür. Bu məqsədə çatmaq üçün bütün görüşlərimizin məntiqi nəticə verməsi vacibdir. Biz başa düşürük ki, Putin könüllü şəkildə aqressiyadan və yeni işğal cəhdlərindən əl çəkməyəcək. Ona görə də birgə təzyiq olmalıdır - ABŞ, Avropa və beynəlxalq qaydalara hörmət edən bütün dünya tərəfindən...
Axar.az xəbər verir ki, bu sözləri Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüş ərəfəsində Ukrayna Prezidenti Vladimir Zelenski öz sosial şəbəkə hesabında yazıb.
Zelenski əlavə edib ki, Finlandiya, Böyük Britaniya, İtaliya, Avropa Komissiyası və NATO baş katibi ilə mövqelərini koordinasiya ediblər:
“Ukrayna real atəşkəsə və yeni təhlükəsizlik arxitekturasının qurulmasına hazırdır. Bizə sülh lazımdır.”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.