EN

Zelenski Trampdan Rusiyanı sülhə məcbur etməsini istəyir

BAKI, TurkicWorld, Səməd Əyyubov

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiyanı sülhə məcbur etməklə bağlı çağırış edib.

TurkicWorld xəbər verir ki, bu barədə Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşdən sonra “Telegram” kanalında məlumat yayıb.

“Rusiyanı sülhə yalnız güc vasitəsilə məcbur etmək olar və prezident Donald Tramp bu gücə malikdir. Biz hər şeyi düzgün etməliyik ki, sülh həqiqətən mümkün olsun. Təşəkkürlər!”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, avqustun 18-də Ağ Evdə Tramp və Zelenski arasında görüş keçiriləcək. Bu, onların fevral ayında Oval kabinetdə birgə mətbuat konfransı zamanı baş verən qalmaqaldan sonra ilk şəxsi görüşü olacaq.

Görüşdə həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak edəcək.

Chosen
18
50
turkic.world

10Sources