Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Sportal.az xəbər verir ki, FIFA referisi UEFA Konfrans Liqası pley-off mərhələsinin "Çelye" (Sloveniya" - "Banik" (Çexiya) matçının baş hakimi olacaq.
Ona yan xətt hakimləri Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Rəşad Əhmədov isə AVAR-da olacaq.
Qeyd edək ki, "Çelye" - "Banik" qarşılaşması 21 avqust tarixində, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
saytlarin hazirlanmasi