EN

İtaliya sahillərində miqrantlar xilas edilib

İtaliyanın sahil mühafizə xidmətinin əməkdaşları dənizdə kiçik qayıqda köməksiz vəziyyətdə qalan 30 miqrantı xilas ediblər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, sahil mühafizə xidmətinin patrul gəmiləri sahildən 150 mil aralıda, İon dənizində 7 metrlik qayıq aşkarlayıb.

Xilas edilən miqrantlar patrul gəmiləri ilə ölkənin cənubundakı Kalabriya regionunun Rokkella İonika qəsəbəsinə çatdırılıblar, onlara təcili yardım xidmətləri göstərilib.
Chosen
8
6
sherg.az

10Sources