AZ

İtaliya sahillərində miqrantlar xilas edilib

İtaliyanın sahil mühafizə xidmətinin əməkdaşları dənizdə kiçik qayıqda köməksiz vəziyyətdə qalan 30 miqrantı xilas ediblər.

Bakıvaxtı.az xəbər verir ki, sahil mühafizə xidmətinin patrul gəmiləri sahildən 150 mil aralıda, İon dənizində 7 metrlik qayıq aşkarlayıb.

Xilas edilən miqrantlar patrul gəmiləri ilə ölkənin cənubundakı Kalabriya regionunun Rokkella İonika qəsəbəsinə çatdırılıblar, onlara təcili yardım xidmətləri göstərilib.

Seçilən
7
6
bakivaxti.az

10Mənbələr