EN

Meşə fondu torpağında baş verən yanğınların sayı açıqlanıb

2025-ci ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 20 yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğınlar nəticəsində 13,11 hektar meşə fondu torpağına ziyan dəyib:

"Aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir. Belə ki, statistikaya görə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən baş verir. Nəticədə ölkənin meşə fonduna, bioloji resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhv olur".

"Meşə fondu torpaqlarında yanğın riskinin minimuma endirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra qabaqlayıcı və profilaktik tədbirlər görülür. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi ilə birgə regional müşavirələr keçirilir, yanğın təhlükəsizliyinə dair praktiki və maarifləndirici təlimlər təşkil olunur.

Bütün bunları nəzərə alaraq, ETSN vətəndaşlara, xüsusilə də, təbiət əraziləri ilə həmsərhəd kəndlərin əhalisinə, fermerlərə və turistlərə müraciət edərək aşağıdakılara riayət etməyə çağırır:
• Təbiət ərazilərində olarkən açıq alovdan istifadə etməyin;
• Söndürülməmiş siqaret kötüklərini ətrafa atmayın;
• Biçindən sonra sahələrə od vurmayın;
• Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin.
Unutmayaq ki, hər birimizin ani ehtiyatsızlığı qarşısıalınmaz yanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərər dəyər",- məlumatda qeyd edilib.

Chosen
4
17
bakivaxti.az

10Sources