AZ

Bu ilin ötən dövrü ərzində meşə fondu torpağında baş verən yanğınların sayı açıqlanıb

Bakı. Trend:

2025-ci ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 20yanğın hadisəsi baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ekologiya və TəbiiSərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğınlar nəticəsində 13,11 hektar meşə fondutorpağına ziyan dəyib:

"Aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsassəbəbinin insan faktoru olduğunu göstərir. Belə ki, statistikayagörə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğıntəhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kəndtəsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinəyaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiətqoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən başverir. Nəticədə ölkənin meşə fonduna, bioloji resurslara vətorpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhvolur".

"Meşə fondu torpaqlarında yanğın riskinin minimuma endirilməsiməqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birsıra qabaqlayıcı və profilaktik tədbirlər görülür. Eyni zamanda,Fövqəladə Hallar Nazirliyi ilə birgə regional müşavirələrkeçirilir, yanğın təhlükəsizliyinə dair praktiki və maarifləndiricitəlimlər təşkil olunur.

Bütün bunları nəzərə alaraq, ETSN vətəndaşlara, xüsusilə də,təbiət əraziləri ilə həmsərhəd kəndlərin əhalisinə, fermerlərə vəturistlərə müraciət edərək aşağıdakılara riayət etməyə çağırır:
• Təbiət ərazilərində olarkən açıq alovdan istifadə etməyin;
• Söndürülməmiş siqaret kötüklərini ətrafa atmayın;
• Biçindən sonra sahələrə od vurmayın;
• Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin.
Unutmayaq ki, hər birimizin ani ehtiyatsızlığı qarşısıalınmazyanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərərdəyər",- məlumatda qeyd edilib.

Seçilən
2
19
az.trend.az

10Mənbələr