EN

Badalyan Bakı-İrəvan razılaşması barədə: Başımıza gəlmiş ən yaxşı hadisədir

BAKI, 18 avqust. TELEQRAF

“ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh üzrə razılaşma erməni xalqının başına gəlmiş ən yaxşı hadisədir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lusina Badalyan deyib.

Onun sözlərinə görə, Ermənistanın radikal və revanşist müxalif qüvvələri razılaşmaya kölgə salmağa çalışırlar.

“Razılaşma nə qədər tənqid olunsa da, müxalifət onu müxtəlif yollarla aşağılamağa çalışsa da, bu, böyük və tarixi, bəlkə də son dövrlərdə erməni xalqının başına gələ biləcək ən yaxşı hadisədir”, - Badalyan qeyd edib.

Chosen
14
9
teleqraf.com

10Sources