AZ

Bakı İrəvan sülhü Gürcüstandakı proseslərə təsir edəcək Millət vəkili

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

“Vaxtilə Azərbaycan daxilində bəzi müxalif qüvvələr Gürcüstanı nümunə gətirirdilər və onun Qərbə necə inteqrasiya etdiyini “bəh-bəh”lə təbliğ edirdilər. Amma cənab Prezidentin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət onu göstərdi ki, Azərbaycan bu dövrə kimi daha düzgün və balanslı bir siyasət yürüdüb”.

Bu fikirləri Bakupost.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov Azərbaycan-Ermənistan-Amerika liderlərinin Vaşinqton görüşünün nəticələrinin və bölgədə yaranan yeni vəziyyətin Gürcüstana təsir edib-etməyəcəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan həm Qərblə, həm də Rusiya ilə münasibətlərini inkişaf etdirib:

“Bu uzaqgörən siyasət nəticəsində bu gün də bizim Qərblə, ABŞ-la əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan artıq öz hədəflərinə və məqsədlərinə mərhələli şəkildə nail olur. Hesab edirəm ki, bu, Gürcüstandakı proseslərə də təsir göstərəcək”.

C.Məmmədovun fikrincə, Gürcüstan Qərbə inteqrasiya istiqamətində addımlar atacaq:

“Biz Cənubi Qafqaza bütöv bir bölgə və ərazi kimi baxmalıyıq. Artıq Azərbaycan və Ermənistan Qərbə inteqrasiya edir, Rusiya zəifləyir və bütün bunların fonunda Gürcüstanın başqa bir seçimi yoxdur. Gürcüstan da çalışmalıdır ki, Qərblə əlaqələrini inkişaf etdirsin, gücləndirsin. Mən hesab edirəm ki, bu olduqca vacib və önəmli bir məsələdir. Azərbaycan da bu istiqamətdə öz səviyyəli addımlarını atır və mövqelərini daha da gücləndirmək üçün səmərəli şəkildə çalışır”.

Lalə,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
www.bakupost.az

1Mənbələr