Tramp: Hər zaman etdiyim kimi, bunu da həll edəcəm.
ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsini həll edəcəyini deyib.
Leqal.info xəbər verir ki, Tramp illərlə konfliktlərin həll olunması ilə məşğul olub ancaq müsbət nəticə ala bilməyən, bununla belə onu tənqid edən insanları axmaq adlandırıb.
“Mən prezident olsaydım, bu müharibə baş verməzdi. Mən nə etdiyimi dəqiqliklə bilirəm. Mənə illərlə bu münaqişələr üzərində işləyən, ancaq heç bir şey edə bilməyən insanların məsləhəti lazım deyil. Onlar axmaq insanlardır və sadəcə Rusiya-Ukrayna müharibəsinin həllini çətinləşdirirlər. Yüngül çəkimə və paxıl tənqidçilərimə baxmayaraq, hər zaman etdiyim kimi bunu da həll edəcəm”-Tramp vurğulayıb.
Leqal.info