AZ

Merts: Daha ciddi danışıqlar üçün yol açıqdır

BAKI, 18 avqust. TELEQRAF

Daha ciddi danışıqlar üçün yol açıqdır.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın Kansleri Fridrix Merts Ağ Evdə Avropa liderləri ilə Donald Tramp və Volodimir Zelenski arasında çoxtərəfli görüşdə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Alyaskada Rusiya lideri Vladimir Putin ilə görüşməklə bu yolu açmış oldu.

Merts Avropa liderlərinin növbəti danışıqlardan əvvəl atəşkəsin əldə olunmasını istədiklərini vurğulayıb.

"Atəşkəs əldə olunmadan növbəti görüşün keçirilməsini təsəvvür edə bilmirəm. Beləliklə, gəlin bunun üzərində işləyək", - o bildirib.

Seçilən
45
27
teleqraf.com

10Mənbələr