EN

Tramp-Zelenski görüşündə onlar da iştirak edəcək

Avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş planlaşdırılır.

Redaktor.az “Vaşinqton Post”a istinadla xəbər verir ki, danışıqlarda ABŞ administrasiyasının yüksək rütbəli nümayəndələri də iştirak edəcək.

Ağ Ev rəhbərinə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun qatılacağı gözlənilir.

Bundan əlavə, görüşdə Amerika liderinin digər məsləhətçiləri də iştirak edəcək.

Qeyd edək ki, ABŞ və Ukrayna liderlərinin görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Chosen
31
50
redaktor.az

10Sources