EN

Ağ Evdə Ukraynanı onlar təmsil edəcək

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) katibi Rustem Umerov Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla danışıqlarda Ukrayna nümayəndə heyətinə qatılıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Obşçestvennoye” telekanalının teleqram kanalında məlumat verilib.

Onlardan əlavə, Ukraynanı Amerika lideri ilə görüşdə ölkənin ABŞ-dəki səfiri Oksana Markarova, Xarici İşlər Nazirliyinin rəis müavini Sergey Kislitsa və Yermakın müavini Pavel Palisanın təmsil edəcəyi dəqiqləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
39
qafqazinfo.az

10Sources