EN

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İranın vitse-prezidenti Həmid Purməhəmmədini qəbul edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Qriqoryan bu görüşü qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət hesab edib və İran Prezidenti Məsud Pezeşkianın başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana rəsmi səfərini yüksək qiymətləndirib.

Görüş zamanı Ermənistan-İran ikitərəfli münasibətlərinin gündəliyinə dair məsələlər və regional hadisələr müzakirə edilib. Hər iki tərəf ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası və qarşılıqlılıq prinsiplərinə tam hörmət çərçivəsində regional kommunikasiyaların (və ya nəqliyyat dəhlizlərinin) açılmasının vacibliyini vurğulayıb.

Qriqoryan Ermənistanın İranla əlaqələri inkişaf etdirməyə hazır olduğunu bir daha təsdiqləyib, ticari-iqtisadi sahədə böyük potensialı vurğulayıb. İşçi qruplar formatında bir sıra mühüm məsələlər üzrə müzakirələrin təşkili, onların daha səmərəli və konstruktiv həlləri ilə bağlı razılıq əldə olunub.

Chosen
49
50
axar.az

10Sources