AZ

Avropa ölkələri Ukraynada hərbi qüvvələr yerləşdirməyə hazırdır

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa ölkələri müharibə başa çatdıqdan sonra Ukraynaya çəkindirici qüvvələr yerləşdirməyə hazır olduqlarını açıqlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Bəyanatda deyilir ki, "Könüllülər Koalisiyası" Trampın Ukraynaya təhlükəsizlik zəmanəti vermək öhdəliyini təqdir edir. Qeyd edilir ki, digər tədbirlərlə yanaşı, koalisiya Ukraynada çoxmillətli qüvvələr vasitəsilə mühüm rol oynayacaq.

Bundan əlavə, liderlər Ukraynaya davamlı dəstəyi təsdiqləyiblər və Ukrayna Prezidenti Volodimir Zelenskinin ədalətli və davamlı sülhə nail olmaq istəyini yüksək qiymətləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
42
oxu.az

10Mənbələr