ABŞ Prezidenti Donald Tramp və administrasiyası Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarının müxtəlif variantlarını araşdırır.
Bu addımlar mümkün sülh sazişi çərçivəsində nəzərdə tutulur. Hazırda Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkilini planlaşdırır, Axios xəbər verir.
“Qalan hər şey — ön sözdir. Bütün addımlar sülh anını yaxınlaşdırmağa yönəlib”, — mənbə jurnalistlərə bildirib.
Qəzet xatırladır ki, Tramp Putinin sülh sazişinin atəşkəsdən əvvəl imzalanması ideyasını dəstəkləyir, lakin hələ də niyə məhz bu addımı prioritet hesab etdiyini açıqlamayıb.
//Samir Qurbanov, Editor.az