ABŞ və Ukrayna prezidentləri – Donald Tramp və Vladimir Zelenskinin Oval ofisdə görüşü zamanı onların qarşısında Ukraynanın böyük xəritəsi nümayiş etdirilib.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xəritədə çəhrayı rənglə işarələnmiş ərazilər hazırda Rusiya ordusunun nəzarətində olan bölgələri göstərib – bu, ölkənin təxminən 20%-ni əhatə edir.
