Ağ Evdə müharibə və sülh mövzusunda ciddi müzakirələr gedərkən, Oval kabinetdə gülməli anlar yaşanıb.
Axar.az xəbər verir ki, jurnalist Brian Qlen Ukrayna Prezidenti Vladimir Zelenskinin qara kostyumuna diqqət çəkib və deyib:
“Bu kostyumda möhtəşəm görünürsünüz.”
ABŞ Prezidenti Donald Tramp da dərhal əlavə edib: “Mən də eyni şeyi dedim.”
Zelenski isə jurnalistlə zarafatla cavab verib: “Siz eyni kostyumdasanız. Mən dəyişmişəm, siz yox”.