EN

Tramp: "Ukraynada sülh uzunmüddətli olmalıdır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin nizamlanması uzunmüddətli olmalıdır.

Moderator.az xəbər verir ki, bu barədə Tramp Volodimir Zelenski ilə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz əmin olmaq istəyirik ki, sülh əldə olunarsa, o, uzunmüddətli olsun. Biz iki il davam edən, sonra yenidən xaosa çeviriləcək sülhdən danışmırıq. Biz istəyirik ki, hər şey düzgün olsun,” – deyə Tramp vurğulayıb.

Chosen
13
50
moderator.az

10Sources