İran Prezidenti Məsud Pezeşkian İrəvanda Göy Məscidi (Hüseynəli xan məscidi) ziyarət edib.
Axar.az xəbər verir ki, Pezeşkian Göy Məsciddə camaatla birlikdə namaz qılıb.
Qeyd edək ki, İrəvandakı Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Məscid Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. 1995–2006-cı ildə isə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub.