AZ

PRoMete: “Klipdə LGBTQIA+ bayrağının görünməsi təbliğat deyil”

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) yeni təqdim etdiyi “Ofis himni” klipində LGBTQIA+ bayrağının yer almasına dair yayılan müzakirələrə münasibət bildirib. Doğru.az xəbər verir ki, sənətçi açıqlamasında bunun təsadüf olduğunu və heç bir təbliğat məqsədi daşımadığını deyib:

“Mənim və Əlif Cahangirin ərsəyə gətirdiyimiz klipdə kadrlar sözlərə uyğun montaj edilib. Mahnının “Nə qədər fərq var, nə qədər eynilik, bu qədər fərqliliklə eyniyik” hissəsində Stokholmda lentə aldığımız LGBTQIA+ bayrağı sizdə niyə təəccüb doğurur? Axı Stokholmda hər yerdə bu bayraqlar var və insanlar onlarla gəzirlər”, – deyə ifaçı bildirib.

O əlavə edib ki, sözügedən kadrların məqsədi fərqliliyi göstərməkdir:

 “Mən nə LGBTQIA+, nə də heteroluğu təbliğ edirəm. İnsanların cinsi, irqi, dini və s. seçimləri ilə işim yoxdur. Mənim üçün əsas fərq onların daxili inkişaf səviyyəsidir.”

PRoMete gənclərə çağırış edərək şəxsi inkişafın daha vacib olduğunu vurğulayıb:

“Dünyada olan reallıqlara göz yummaq əvəzinə şəxsi inkişafla məşğul olun.”

Xatırladaq ki, söz və musiqisi PRoMeteyə məxsus olan “Ofis himni” ifaçının “39-dan 40-a” layihəsi çərçivəsində təqdim olunan növbəti trekidir.

DOĞRU.AZ

image-img-20250818-wa0033 image-img-20250818-wa0030 image-img-20250818-wa0031

Seçilən
38
50
dogru.az

10Mənbələr