EN

“Düşmən”in baş məşqçisini təriflədi - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Robert Levandovski “Real”ın baş məşqçisi Xabi Alonso barədə fikirlərini açıqlayıb.

Sportinfo.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, polşalı forvard, Alonsonun dünya futbolunun ən güclü məşqçilərindən biri olacağını hesab edir:

“Bu mütəxəssis məşqçilikdə böyük gələcəyə malikdir. Mən hesab edirəm ki, Alonso dünya futbolunun ən güclü məşqçilərindən biri olacaq.

Bəlkə də ən yaxşısı. O, qoyulan məqsədlərə nail olmağı və komandadan maksimum nəticə əldə etməyi bacarır”.

43 yaşlı ispaniyalı mütəxəssis bu yay “Real”ın baş məşqçisi təyin olunub və onun yeni klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

Chosen
36
sportinfo.az

1Sources