EN

İran Prezidenti İrəvanda Göy məsciddə

Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvanda Göy Məscidi (Hüseynəli xan məscidi) ziyarət edib.

 

Senzor.az İran mediasına istinadən bildirir ki, M.Pezeşkian Göy Məsciddə nümayəndə heyətinin üzvləri ilə birlikdə namaz qılıb.

 

Qeyd edək ki, İrəvandakı Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Məscid Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. 1995–2006-cı ildə isə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub.

Chosen
39
3
senzor.az

4Sources