EN

UEFA "Fiorentina"nı Ağayevə tapşırdı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının ilk pley-off matçına təyinat alıb.

Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, 37 yaşlı referi "Polissya" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu (dördüncü hakim) kömək edəcəklər.

Matçın VAR hakimi Robert Şröder (Almaniya), AVAR hakimi isə İnqilab Məmmədov (Azərbaycan) təyin edilib.

Oyun avqustun 21-i Slovakiyanın Preşov şəhərindəki "Tatran" stadionunda keçiriləcək.

Chosen
49
2
sportinfo.az

10Sources