EN

Azərbaycanda ən çox böyük hesabla uduzan komanda hansıdır?

Premyer Liqanın 2025/26 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt” 1-ci turun matçında “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Bu, Gəncə klubunun Premyer Liqa tarixində 60-cı böyükhesablı məğlubiyyəti olub.

Qərblilər bu göstəricidə antirekordçudur. “Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.

Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.

Chosen
84
1
sportinfo.az

10Sources