Premyer Liqanın 2025/26 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, “Sumqayıt” 1-ci turun matçında “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.
Bu, Gəncə klubunun Premyer Liqa tarixində 60-cı böyükhesablı məğlubiyyəti olub.
Qərblilər bu göstəricidə antirekordçudur. “Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.
Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.