EN

Zelenski Aİ liderlərinə təşəkkür edib 

Təhlükəsizlik təminatları və məhbusların qaytarılması ilə bağlı əsas razılaşmalar Ağ Evdəki danışıqlardan sonra əldə olunub...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında məlumat verib.

"Biz münaqişəyə son qoymaq üçün başlanğıc şərt kimi təhlükəsizlik təminatlarını müzakirə etdik. Biz ABŞ-nin Ukraynanı dəstəkləməyə hazırlığını yüksək qiymətləndiririk", Zelenski bildirib.

O, ABŞ lideri Donald Trampın vasitəçiliyi ilə Rusiya prezidenti Vladimir Putinlə görüşün formatı və hərbi əsirlərin və mülki şəxslərin geri qaytarılması ilə bağlı işlərin razılaşdırıldığını təsdiqləyib.

Ukrayna prezidenti ayrıca Aİ liderlərinə birlik nümayiş etdirdiklərinə görə təşəkkür edib.

Avqustun 18-də Ağ Evdə Tramp və Ukrayna prezidenti Zelenski arasında görüş olub. Onlarla yanaşı, bir sıra Avropa liderləri, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte danışıqlarda iştirak ediblər.

Poliqon.info 

Chosen
53
poliqon.info

1Sources