EN

“Qarabağ” “Ferensvaroş” səfərində

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək. 

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq. 

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək. 

Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

19 avqust

23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)

Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)

Budapeşt, “Groupama Arena” 

Chosen
24
9
ikisahil.az

10Sources