Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu Qarabağ” səfərdə “Ferensvaroş”un qonağı olacaq. Matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Xatırladaq ki, “Qarabağ” “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi “Ferensvaroş”a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
19 avqust
23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)
Budapeşt, “Groupama Arena”