Gəncədə ölümlə nəticələnən avtomobil qəzası olub.
Axar.az xəbər verir ki, şəhərin Birinci mikrorayon ərazisində idarəetmədən çıxan "Toyota" markalı avtomobil başqa nəqliyyat vasitələrinə çırpılıb, sonra aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Tural Qənbərov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.