AZ

Gəncədə avtomobil qəzası olub, ölən var

Gəncədə ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Birinci mikrorayon ərazisində idarəetmədən çıxan "Toyota" markalı avtomobil başqa nəqliyyat vasitələrinə çırpılıb, sonra aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Tural Qənbərov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
1
report.az

3Mənbələr