EN

Zəngilanda qəsdən adam vuran sürücü saxlanıldı

Zəngilanda

Zəngilanda avtomobillə qəsdən adam vurub öldürən sürücünü polis saxlayıb.Avqustun 18-də Zəngilan rayonunun Ağalı kəndi ərazisində kənd sakini, 1971-ci il təvəllüdlü Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və onun xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. (apa)Ulusum.az

Diqqət Çəkənlər

Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO

Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO

Chosen
27
17
ulusum.az

10Sources